Yuxarı

Kanadalılara Qarabağdan danışıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kanadalılara Qarabağdan danışıldı

Azərbaycanın Kanadadakı səfirliyinin birinci katibi Arif Məmmədov sentyabrın 22-də Ottava Universitetinin tələbələri qarşısında Ermənistan-Azərbaycan münaqişəsi haqqında təqdimatla çıxış edib.

Səfirlikdən Axar.az-a bildiriblər ki, təqdimat 2016-cı ilin payız semestrində Ottava Universiteti sosial elmlər fakültəsi tərəfindən sentyabrın 6-dan dekabrın 8-dək təşkil edilən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dərs proqramı çərçivəsində keçirilib.

Kanadalı tələbələrə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən zəbt olunması, işğal edilmiş ərazilərdə etnik təmizləmənin aparılması, həmin ərazilərdə hazırda davam edən qeyri-qanuni məskunlaşdırma və iqtisadi fəaliyyətin həyata keçirilməsi, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının münaqişə üzrə qətnamələri, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan vasitəçilik missiyası, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə çıxardığı hökm barədə ətraflı məlumat verilib, eyni zamanda, Dağlıq-Qarabağ regionunun birtərəfli ayrılma cəhdləri beynəlxalq hüquq nöqteyi-nəzərindən qiymətləndirilib.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Tarix
2016.09.23 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla