Yuxarı

“Rusiya İrəvana milyardlıq silah verməklə...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görünür, Rusiya son vaxtlar Ermənistana milyardlarla dollar dəyərə malik silahlar bağışlamaqla İrəvanı Bakının ayağına vermək istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputat Rusiyanın açıq siyasət apardığını vurğulayıb:

"Azərbaycan Rusiyanın tərəfdaşı, Ermənistan isə tulasıdır. Görünür, Rusiya son vaxtlar yürütdüyü siyasətlə Ermənistanı bizim ayağımıza vermək istəmir. Moskva hazırda Azərbaycana silah satır, ancaq Ermənistanı da boş buraxmır. Bu, birbaşa Rusiyanın imperiya siyasətdir. Ona görə də buna təəccüblənməyə dəyməz. Rusiya tək Ermənistana deyil, İsrail, Misir və İordaniyaya da silah bağışlayıb. Düzdür, Rusiya ATƏT Minsk Qrupunun üzvüdür və Dağlıq Qarabağ məsələsində həlledici sözə malikdir. Ancaq ABŞ da Minsk Qrupunun üzvü kimi vaxtilə Misirlə İsraili barışdıran ölkə idi".

Millət vəkili qeyd edib ki, Rusiyanın bu siyasəti özü üçün təhlikəlidir:

"Ermənistanın bu qədər sürətlə militarisləşdirilməsi Rusiyanın özü üçün də təhlükəlidir. Əslində, bunu çox yaxşı bilən Moskva məhz balans yaratmaqla öz siyasətini açıq şəkildə ortaya qoyur. Bu açıq siyasət isə Azərbaycan və Ermənistanı müharibədən yayındırmaq və hər iki tərəfi özünə yaxın saxlamaqdan ibarətdir".

Qeyd edək ki, Ermənistan müstəqilliyinin 25 illiyi münasibətilə İrəvanda keçirdiyi paradda T-72 tanklarını, tank əleyhinə özüyeriyən qurğular, "Qrad", "Tayfun", VM-80, "Smerç", "Konkurs" reaktiv yaylım atəş sistemləri, "Toçka U", "Skad" taktiki raket komplekslərini nümayiş etdirib.

S-125, Strela-10, "Buk", S-300 zenit raket kompleksləri də parada çıxarılan texnikalar arasında olub.

Paradda "İsgəndər" raket komplekslərinin nümayişi isə diqqətdən yayınmayıb.

Tarix
2016.09.24 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla