Ana səhifə Gündəm |
Milli Məclisin sədri Oqtay Əsədov Bakıda keçiriləcək V Humanitar Forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının dövlət katibi Gülsara Abdıkalikovanı qəbul edib.
Parlamentdən Axar.az-a verilən məlumata görə, spiker bildirib
ki, Bakıda Humanitar Forumun keçirilməsi artıq bir ənənə halı
alıb.
Sədr görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrindən söz açaraq, dövlət
başçılarımızın səyi nəticəsində münasibətlərimizin yüksək səviyyədə
olduğunu bildirib: "Azərbaycan xalqı Qazaxıstan prezidenti
Nursultan Nazarbayevin Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləməsini və ölkəmizin haqlı mövqeyini müdafiə etməsini yüksək
dəyərləndirir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri və
ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizi
keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Deputatlarımız nüfuzlu
beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyət göstərirlər".
Qazaxıstan Respublikasının dövlət katibi Gülsara Abdıkalikova
ölkəsinin Azərbaycanı bölgədə özünün əsas tərəfdaşı hesab etdiyini
söyləyib. O qeyd edib ki, yaxın vaxtlarda Qazaxıstan prezidenti
Nursultan Nazarbayevin Azərbaycana növbəti səfəri gözlənilir. Səfər
çərçivəsində müzakirə olunacaq məsələlər əməkdaşlığımızın daha da
dərinləşməsinə xidmət edəcək. Qazaxıstanda 10 mindən çox
azərbaycanlının yaşadığını və burada Azərbaycanla Dostluq
Mərkəzinin fəaliyyət göstərdiyini söyləyib. Bildirilib ki, budəfəki
seçkilərdə ölkə parlamentinə azərbaycanlıların nümayəndəsi də
seçilib: "Qazaxıstan gələcəkdə Azərbaycanla əlaqələrini daha da
dərinləşdirmək niyyətindədir".
Tarix
2016.09.28 / 21:58
|
Müəllif
Axar.az
|