Yuxarı

Bu vitse-prezidentlik institutu nə vəd edir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentdə Qarabağa dair komissiyanın yaradılması ilə yanaşı, bu məsələ üzrə vitse-prezidentlik institutunun da təsis edilməsi problemin həlli istiqamətində mühüm töhfə verə bilər.

Bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq bildirib ki, bu institut yaradılacağı təqdirdə təkcə Qarabağ problemin həlli ilə bağlı danışıqlar prosesini deyil, bu istiqamətdə bir sıra məsələləri tənzimləmə öhdəliyinə sahib olacaq:

"Bu vəzifə təsis edildikdə mümkündür ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birləşdirilsin. Düzdür, Qarabağ danışıqları üzrə əsas işləri xarici işlər naziri aparır, ancaq hansısa formada vitse-prezident də məsələlərin koordinasiya edilməsində, nizamlanmasında, yeni ideyaların ərsəyə gəlməsində iştirak etməlidir. Sözügedən vitse-prezidentlik institutu nizamlama ilə yanaşı, bu sahə ilə məşğul olan digər dövlət institutlarının fəaliyyətini də əlaqələndirməlidir. Qarabağ məsələsi hər zaman belə qalmayacaq. Böyük qüvvələr də çox yaxşı bilirlər ki, hazırkı durum çox davam edə bilməz. Odur ki, problemin həllindən sonra ərazilərimizdə iqtisadiyyatın yenidən qurulması, torpaqların bərpa edilməsi, doğma yurduna qayıdan insanlar üçün normal həyat şəraitinin yaradılması, dağıdılmış mədəniyyət abidələri və infrastrukturların bərpası, xüsusilə də işğal edilmiş ərazilərin dövriyyəyə qaytarılması bu qurumun qarşısında duracaq gələcək vəzifələrdəndir".

Tarix
2016.10.05 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla