Yuxarı

Ukrayna Azərbaycana çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Azərbaycana çağırış etdi

Ukrayna Azərbaycanı İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştirak etməyə dəvət edib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk Feysbukda yazıb.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib. Konfrans bu ilin iyun ayında Berlində baş tutacaq. Mən də Ukrayna adından Azərbaycanı İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyə və Prezident Zelenskinin Ukrayna sülh formulunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim. Məsələn, enerji təhlükəsizliyi və ya minalardan təmizləmə məsələlərinə”, - o bildirib.

Kondratyuk həmçinin Rusiya tərəfindən qanunsuz deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılması mövzusunu qaldırıb və Azərbaycanı onların geri qaytarılması üçün Beynəlxalq Koalisiyaya qoşulmağa dəvət edib.

Tarix
2024.05.02 / 09:54
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla