Yuxarı

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasındakı əməkdaşlığa müsbət təsir göstərir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşündə bildirib.

"Yüksək səviyyəli ikitərəfli qarşılıqlı səfərlər Ermənistan və Qazaxıstan arasında çoxplanlı əməkdaşlığın inkişafını stimullaşdırır. Regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasındakı əməkdaşlığa da müsbət təsir göstərir, xüsusən də Azərbaycan, Rusiya və Gürcüstan vasitəsilə qurulmuş dəmir yolu əlaqəsi ticari-iqtisadi əlaqələrin genişlənməsinə yeni təkan verir", - Paşinyan qeyd edib.

Qazaxıstanın xarici işlər naziri qurulmuş dəmir yolu əlaqəsinin ikitərəfli ticari-iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə genişləndirəcəyinə əminliyini ifadə edib.

Bununla yanaşı, Y.Koşerbayev regional kommunikasiya yollarının blokdan çıxarılmasının vacibliyini vurğulayıb və Qazaxıstanın TRIPP-ə ("Tramp marşrutu") dəstəyini təsdiq edib: "Qazaxıstan da bu layihənin həyata keçirilməsinə və regional ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə maraq göstərir".

Paşinyan və Koşerbayev həmçinin infrastruktur, tikinti, kənd təsərrüfatı, texnologiyalar, aviasiya əlaqəsi və turizm sahələrində əməkdaşlığın inkişafına dair məsələləri müzakirə ediblər. Bu kontekstdə, Ermənistan və Qazaxıstan arasında yaxın vaxtlarda başlayacaq birbaşa aviareyslərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Tarix
2026.04.09 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla