Yuxarı

Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?

Ermənistanın Tavuş vilayətində yerləşən Kirants kəndi ətrafında Azərbaycan-Ermənistan sərhədində aparılan delimitasiya və demarkasiya prosesinin nəticələri artıq açıq şəkildə görünməyə başlayıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Bağanis–Bibiş (Berkaber) istiqamətində sərhədin bəzi hissələrində nişanlama işləri hələ 2024-cü ildə həyata keçirilsə də, dəqiq koordinatların olmaması səbəbindən bu dəyişiklikləri xəritədə tam göstərmək mümkün olmamışdı.

Uzunmüddətli müşahidələrdən sonra yenilənmiş məlumatlar əsasında Kirants kəndi ətrafında baş verən dəyişikliklər "Google Earth" platformasında vizuallaşdırılıb. Xəritədə sarı xətt mövcud sərhədi, qırmızı xətt isə 1976-cı il SSRİ Baş Qərargah xəritəsinə əsasən yerində çəkilmiş yeni sərhədi əks etdirir.

Bundan əlavə, qəhvəyi rənglə işarələnmiş ərazilərin Azərbaycanın nəzarətinə keçdiyi bildirilir.

Tarix
2026.04.09 / 22:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla