Yuxarı

Litvanın baş naziri Bakıda xalça toxudu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Litvanın baş naziri Bakıda xalça toxudu

Litvanın Baş naziri İnqa Ruqiniene aprelin 9-da Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

Axar.az xəbər verir ki, qonağa Azərbaycan xalçaçılıq sənəti haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Qeyd olunub ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, tətbiqi sənətin nadir nümunələrinin toplandığı Azərbaycan Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.

Vurğulanıb ki, orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Burada xalça və xalça məmulatları, metal, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb.

Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Qonaq, həmçinin muzeydə xalçatoxuma prosesi ilə yaxından tanış olub.

Litvanın Baş naziri İnqa Ruqinieneyə, həmçinin Azərbaycanın milli geyimləri və qədim kəlağayı sənəti haqqında məlumat verilib. Litvalı Baş nazir kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

Qonağa burada nümayiş olunan “Zəfər” xalçası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu xalça 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə həsr olunub.

Daha sonra qonaq muzeyin Qarabağ interyeri ilə tanış olub.

Sonda Litvanın Baş naziri muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Tarix
2026.04.09 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Xüsusilə, Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla