Yuxarı

Azərbaycanda bu təhlükəli həşəratlar yenidən yayıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu təhlükəli həşəratlar yenidən yayıldı

Ölkənin şimal zonasında, xüsusilə Xaçmaz rayonunda qəhvəyi məxmər bağacıqlarının yenidən kütləvi şəkildə yayılması müşahidə olunur.

Axar.az Report-a istinadla xəbər verir ki, qeyd olunan zərərvericilər daha çox rayonun Nabran, Seyidlər, Qaracəlli kəndlərində evlərə və təsərrüfat sahələrinə axın ediblər.

Payızın gəlişi ilə evlərin divarlarına, pəncərələrə və müxtəlif əşyalara toplaşan bu həşəratlar sakinlərin narahatlığına səbəb olub. Məxmər bağacığının payız aylarında evlərə axınının əsas səbəbi isə qışlamaq üçün isti və qorunan yerlər axtarmasıdır. Bu həşəratın yetkin fərdləri soyuq havaları keçirmək üçün yaşayış evlərinə, təsərrüfat tikililərinə və digər sığınacaqlara daxil olurlar.

Hazırda şimal bölgəsində aidiyyəti qurumlar tərəfindən məxmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir. Lakin zərərvericilərin evlərdə də yayılması bu mübarizəni müəyyən qədər çətinləşdirir.

Məxmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı, Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, bölgədə bu istiqamətdə müvafiq tədbirlər və maarifləndirmə işləri həyata keçirilir:

"Tədbirlər çərçivəsində müxtəlif ərazilərdə xüsusi preparatlarla dezinseksiya işləri həyata keçirilir. Eyni zamanda, yerli icra nümayəndələri və bələdiyyələr tərəfindən əhali arasında geniş maarifləndirmə işləri aparılır. Qəhvəyi məxmər bağacığının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər aidiyyəti qurumlar tərəfindən daim nəzarətdə saxlanılır".

Qeyd edək ki, mütəxəssislər qapalı məkanlarda məxmər bağacığına qarşı kimyəvi mübarizə üsullarının tətbiqinin müəyyən çətinliklər yaratdığını vurğulayaraq, bu çərçivədə mexaniki mübarizə üsullarının daha effektiv və təhlükəsiz olduğu qənaətindədirlər. Onların fikrincə, vətəndaşlar da qışlama yerlərində toplanmış, hərəkətsiz və passiv vəziyyətdə olan zərərvericiləri süpürgə, fırça, yaxud da tozsoran vasitəsilə toplayaraq məhv etməyə çalışmalıdırlar. Mütəxəssislər hesab edirlər ki, sakinlərin öz fərdi təsərrüfatlarında və evlərində həyata keçirəcəkləri bu sadə mexaniki mübarizə tədbirləri növbəti mövsümdə kənd təsərrüfatı bitkilərinə dəyəcək zərərin qarşısını indidən almağa imkan verəcək.

Tarix
2026.10.15 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla