Yuxarı

Tikinti materialları bazarı köçürülür: Qiymətlər qalxacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tikinti materialları bazarı köçürülür: Qiymətlər qalxacaq

“Dərnəgül”də yerləşən tikinti materialları bazarının “Abşeron” Ticarət Mərkəzinə köçürülməsinin tikinti materiallarının qiymətlərinə təsir edəcəyi gözlənilir. Köçürülmə xərcləri və yeni ərazidə icarə haqlarının satıcıların məsrəflərini artıracağı, bunun da taxta, dəmir, sement və digər tikinti materiallarının qiymətlərində bahalaşmaya səbəb ola biləcəyi bildirilir.

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakupost-a bildirib ki, istənilən köçürülmə əlavə xərc yaradır və bu xərclər son nəticədə istehlakçıların üzərinə düşür.

“İstənilən köçmə xərc tələb edir. Heç kəs cibindən heç kəsə pul vermir. Hər şey istehlakçıdan alınır. Hətta korrupsiya ilə yığılmış pullar da istehlakçının pullarıdır.

Belə halda mütləq və mütləq bahalaşma baş verəcəkdir və yeni icarəyə verənlər satıcıların çıxılmaz vəziyyətindən istifadə edib daha yüksək qiymət qoyacaqlar. Mən inandırıcı hesab etmirəm ki, logistika xərcləri bu məsələyə ciddi təsir etsin, çünki bəri başdan satıcılar zərərə düşəcəklər.

Tikinti bazarında bahalaşma artan xəttlə davam edəcəkdir, çünki tikinti biznesi daimi inkişaf edir, insanların buna ehtiyacı var və bu, istehlakçıların həyatında bahalaşma ilə müşahidə olunacaqdır”, – deyə Eyyub Hüseynov bildirib.

Tarix
2026.10.15 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla