Yuxarı

"Qarabağ atı"na görə Azərbaycana təşəkkür etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ atı"na görə Azərbaycana təşəkkür etdi

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay təşkilatın Astanadakı qərargahına "Qarabağ atı" heykəlinin hədiyyə edilməsinə görə Azərbaycana təşəkkür edib.

Axar.az xəbər verir ki, o, bunu AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə bildirib.

"Bu hədiyyəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm", - K.Sarıbay qeyd edib.

O, həmçinin ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsipləri nəzərə alınmaqla inşa edilmiş AQEM-in qərargahını təqdim etdiyinə görə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə təşəkkür edib:

"Bundan əlavə, Asiya mədəniyyətinin müxtəlifliyini əks etdirən və qərargahı əsl Asiya diplomatiyası məbədinə çevirən sənət əsərlərini hədiyyə etmiş üzv dövlətlərə minnətdarlığımı bildirirəm".

Tarix
2026.10.15 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Simonyan səfəri zamanı bu məsələyə aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirildi

Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx

Milli Məclisin iclası başladı

Prezident Marqus Tsaxnanı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla