Yuxarı

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

3+3 formatında (Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İran) növbəti görüş Azərbaycanda keçirilə bilər.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirakının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılmış 3+3 formatını qeyd etmək istərdim. Bu formata Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İran daxildir. Biz bir neçə dəfə görüşmüşük, hazırda Ermənistanla Azərbaycanın bu qrupun xarici işlər nazirlərinin növbəti görüşünə kimin ev sahibliyi edəcəyi barədə razılığa gəlməsini gözləyirik”, - Rusiya XİN rəhbəri deyib.

Lavrov hesab edir ki, növbəti görüş Bakıda, ondan sonrakı görüş isə İrəvanda keçirilə bilər:

“Düşünürəm ki, yaxınlaşan görüşü Azərbaycanda, növbətisini isə İrəvanda keçirmək mümkündür. Bu, düzgün olardı”.

Nazir vurğulayıb ki, 3+3 formatı hərtərəfli əməkdaşlıq platformasıdır və ümumi regional kontekstdən kənarda həyata keçirilməsi planlaşdırılan hər hansı bir layihə ilə məhdudlaşmır:

“Azərbaycan və Türkiyənin təklif etdiyi 3+3 formatını fəal şəkildə dəstəkləyirik”.

Tarix
2026.10.15 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

AQEM-in yeni baş katibi bu səfir olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla