Yuxarı

ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama...

TRIPP ("Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu") nəqliyyat dəhlizi proqramı ABŞ üçün prioritetlərdən biri olaraq qalır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

"ABŞ Prezidenti Donald Trampın administrasiyası əvvəlki kimi TRIPP proqramının həyata keçirilməsinə sadiqdir. Bu layihə Vaşinqton üçün əsas prioritetlərdən biri olaraq qalır, çünki Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülh və rifaha kömək etmək potensialına malikdir", - o qeyd edib.

ABŞ-ın xarici siyasət idarəsinin nümayəndəsinin sözlərinə görə, TRIPP nəqliyyat dəhlizi iqtisadi artım imkanlarını genişləndirərək regionda fasiləsiz beynəlxalq və daxili əlaqəni təmin edəcək.

"TRIPP proqramının son məqsədləri Ermənistan və Azərbaycanın rifahı və təhlükəsizliyini möhkəmləndirmək, regional ticarət və əlaqələrin inkişafı hesabına ABŞ-nin ticarət imkanlarını genişləndirmək, həmçinin Mərkəzi Asiya və Xəzər regionundan Avropaya yeni tranzit əlaqələri yaratmaqdan ibarətdir", - Dövlət Departamentinin nümayəndəsi deyib.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət birgə bəyannamə imzalanıb. Bu sənədin bəndlərindən biri regional kommunikasiyaların blokdan çıxarılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu" - dəhlizin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi - red.) işə salınmasına aiddir.

Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"i paraf ediblər.

Tarix
2026.04.09 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla