Yuxarı

Baş nazir rəqibinə qarşı sui-qəsddən danışdı: “Bu bomba...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir rəqibinə qarşı sui-qəsddən danışdı: “Bu bomba...”

Qivi Tarqamadzenin avtomobilinə bomba qoyulması Gürcüstana qarşı provokasiyadır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş naziri Georgi Kvirikaşvili söyləyib. Onun sözlərinə görə, bu hadisə Gürcüstanın düşmənləri tərəfindən parlament seçkisi öncəsi ölkədəki situasiyanı destablizasiya etmək üçün planlaşdırılıb:

"Artıq bununla bağlı araşdırma başlanılıb. Provokasiyanı planlaşdıranlar buna görə mütləq cavab verəcəklər. Cinayətkarı hansısa güzəştli statusu və ya başqa ölkənin vətəndaşlığı qoruya bilməz".

Qeyd edək ki, Tarqamadze Saakaşvilinin ən yaxın adamlarından hesab edilir. O, 2003-cü ildə baş tutan Qızılgül inqilabının əsas ideoloqu sayılır. 2013-cü ildə o, Rusiyada qiyabi olaraq həbs edilib. Moskvanın iddiasına görə, məhz Tarqamadze 2012-ci ildə Rusiyada baş verən mitinqlərin əsas təşkilatçısı olub.

Ötən gün Tiflisdə onun maşını partladılıb, hazırda sürücüsü ağır vəziyyətdədir.

Tarix
2016.10.05 / 13:34
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla