Yuxarı

Şeyx Kadırovun andiçmə mərasimində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx Kadırovun andiçmə mərasimində - Foto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində səfərdə olub.

Axar.az QMİ-nin saytına istinadən bildirir ki, səfər Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəsmi andiçmə mərasiminə dəvət əsasında həyata keçirilib.

Qafqaz müsəlmanlarının dini lideri kimi inauqurasiya mərasimində çıxış edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının və Prezident İlham Əliyevin təbriklərini, xoş arzularını çeçen xalqına və onun böyük səs çoxluğu ilə seçilmiş başçısına çatdırıb.

Ramzan Kadırovun Çeçenistan başçısı kimi fəaliyyət göstərdiyi illərdə respublikanın həm sosial-iqtisadi, həm də mənəvi sahələrdə dirçəliş yaşadığını, Şimali Qafqazın dini-mənəvi mərkəzi kimi formalaşdığını deyən Allahşükür Paşazadə Ramzan Kadırovun budəfəki seçkilərdə də inamlı qələbəsini məhz xalqın və Federal Hökumətin inamını doğrultmuş məsuliyyətli rəhbərin fəaliyyətinə verilən yüksək qiymət, layiqli qələbə kimi səciyyələndirib.

Yenidən Çeçenistanın rəhbəri seçilmiş R.Kadırovu Qafqaz müsəlmanları, o cümlədən Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edən şeyxülislam Allahşükür Paşazadə onu özünün qardaşı hesab etdiyi sabiq prezident Əhməd Kadırovun siyasi və mənəvi yolunun layiqli davamçısı kimi görməkdən məmnun olduğunu, uğurlarına hər zaman sevindiyini diqqətə çatdırıb.

Tarix
2016.10.06 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla