Yuxarı

Bakı Forumu Serbiya telekanalında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Forumu Serbiya telekanalında

Serbiyanın RTS 1 televiziya kanalında V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kanalın xarici siyasət şöbəsinin redaktor müavini Neboyşa Kotlayiç Forum haqqında izləyicilərə məlumat verib.

Axar.az xəbər verir ki, o, forumda dünyanın bir çox ölkələrindən olan siyasətçilərin, elm adamlarının və jurnalistlərin bir araya gələrək müxtəlif qlobal humanitar problemləri müzakirə etdiklərini bildirib. Forumdakı çıxışının miqrasiya probleminə həsr olunduğunu qeyd edən N.Kotlayiç Bakının gözəlliyindən, qədim və müasir binaların ahəngdarlığından danışıb. O, Serbiya-Azərbaycan münasibətlərindən söhbət açıb, ölkəmizin Serbiyada həyata keçirdiyi humanitar və iqtisadi fəaliyyət barədə xoş sözlər söyləyib.

Bildirilib ki, ilk dəfə 1918-1920-ci illərdə müstəqil olmuş Azərbaycan bu il müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir.

Tarix
2016.10.10 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla