Yuxarı

Elmar Məmmədyarov Minsk qrpunun həmsədrləri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Məmmədyarov Minsk qrpunun həmsədrləri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə bazar ertəsi görüş keçirib.

"Axar.az" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqədar narahatçılıq ifadə olunub.

Paris görüşündə münaqişənin nizamlanması ətrafında danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.

Elmar Məmmədyarov Azərbaycan tərəfinin mövqeyini təqdim edərək bildirib ki, erməni tərəfinin konstruktiv yanaşmaması münaqişənin həllinə, bölgədə sülh və sabitliyin bərpasına və sülh prosesinin irəliləməsinə əngəl törədir.

Məmmədyarov Azərbaycan tərəfinin hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bir daha təsdiqləyib, həmçinin sülhün irəliləməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.

Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Tarix
2014.03.11 / 00:43
Müəllif
Axar.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla