Yuxarı

Baş nazirdən Sərkisyanın adamına: ''Səsini kəs...''

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən Sərkisyanın adamına: ''Səsini kəs...''

Məlum olduğu kimi, vəzifəyə təyin olunduğu ilk günlərdən Ermənistanın yeni baş naziri Karen Karapetyan ölkənin ən korrupsiyalaşmış məmurlarını və nazirlərini vəzifədən uzaqlaşdırır. Baxmayaraq ki, onların çoxu uzun illər Serj Sərkisyanın yaxın dostları olublar və onun rejiminin əsas dayağını təşkil ediblər.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bəzi dairələrdə söhbətlər gəzir ki, Sərkisyan yeni baş nazirin qərarlarına təsir gücünə malik deyil və ölkədə hakimiyyət büsbütün Karapetyana verilib.

Ötən günlər ərzində baş vermiş bir neçə səs-küylü hadisə və baş nazirin bəyanatları bu ehtimalı sanki sübut edir.

Birincisi, çərşənbə günü Ermənistan Milli Məclisində çıxış edərkən baş nazir Karapetyan Sərkisyan rejimini "yemləyən" bir neçə oliqarxın adını açıq səsləndirib və bildirib ki, onların inhisarçılığı ilə mübarizə aparacaq.

Ölkədə hakim mövqedə olan Respublika Partiyasının (sədri Serj Sərkisyandır) dünənki iclasında baş verənlər isə Karapetyanın Ermənistanda sərhədsiz hakimiyyətə malik olduğunu aşkar şəkildə isbatladı.

İclasın gedişində Karapetyan əhali üçün qaz tariflərinin aşağı salınması məsələsinin gündəliyə salınmasını təklif etdi. Bu zaman iqtidar partiyasının deputatı, ölkədə "Qazprom-Ermənistan"ın əsas müdafiəçisi hesab edilən, parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının rəhbəri Vardan Ayvazyan bildirdi ki, MDB məkanında əhali üçün ən yüksək qaz tariflərinin endirilməsi mümkün deyil və onun komissiyası bu tezisi sübut edə bilər. Bu irada cavab verən Karapetyan üzünü Ayvazyana tutaraq birbaşa deyib: "Sən səsini kəsib yerinə otura bilərsən?"

Tarix
2016.10.22 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla