Yuxarı

Xorvatiya prezidenti Xalça Muzeyində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 25-də Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Xalça Muzeyində olub.

Axar.az xəbər verir ki, muzeyin direktoru Şirin Məlikova Prezident Kolinda Qrabar-Kitaroviçə xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, "qızıl fondu"nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Dövlət başçısına məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

Daha sonra Xorvatiya Prezidenti Muzeydə yerləşən "Zərgərlik fondu" ilə tanış olub. Burada Azərbaycanın müxtəlif tarixi dövrünə aid qızıl və gümüş eksponatlar yer alıb.

Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu ali qonaqda xoş təəssürat yaradıb.

Tarix
2016.10.25 / 14:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Video

Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident

Bu, çox mühüm beynəlxalq platformadır - Prezident

Tehranda Bakı “həyəcanı”: Ermənistanın cənubu qoparılır

Xarici ticarət dövriyyəsi azaldı: nə baş verir?

Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla