Yuxarı

İki gəmiyə dron hücumu: heyətdə 8 azərbaycanlı var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki gəmiyə dron hücumu: heyətdə 8 azərbaycanlı var

Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının hücumu baş verib, onlardan biri batıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Rumen Radev məlumat yayıb.

Bildirilib ki, gəmilərdən birinin heyət üzvləri arasında Azərbaycanın 8 vətəndaşı olub.

Onun sözlərinə görə, Malta bayrağı altında üzən "Chelsea 3" gəmisi Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə üç PUA-nın hücumuna məruz qalıb.

"Bolqarıstanın ərazi sularının birbaşa yaxınlığında ticarət gəmilərinə növbəti hücum qətiyyən yolverilməzdir", - baş nazir deyib.

Aralarında Ukraynanın 7 və Azərbaycanın 8 vətəndaşının olduğu 15 heyət üzvünün hamısı xilas edilib. Onlardan beşi yüngül xəsarətlər alıb.

R.Radevin sözlərinə görə, ikinci gəmi Krapets yaşayış məntəqəsindən 17 dəniz mili şərqdə hücuma məruz qalıb və batıb. Heyət üzvlərindən birini xilas etmək mümkün olub.

Baş nazir əlavə edib ki, Bolqarıstan PUA-nın hansı ölkəyə mənsub olduğunu müəyyən etmək üçün beynəlxalq yardım almağa çalışacaq. Bununla yanaşı, o vurğulayıb ki, Sofiyanın hələlik hər hansı tərəfi ittiham etmək üçün əlində sübutları yoxdur.

Tarix
2026.10.13 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla