Yuxarı

Bakıda Avstriyanın milli bayramı qeyd edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 25-də Avstriyanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı – Milli Gün münasibətilə rəsmi qəbul təşkil edib.

Axar.az xəbər verir ki, rəsmi şəxslərin, deputatların, diplomatların, iş adamlarının iştirak etdikləri qəbul Azərbaycanın və Avstriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Aksel Vex tədbirdə çıxış edərək Avstriya Milli Gününün tarixi, ölkənin keçdiyi inkişaf yolu haqqında məlumat verib. O, Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini deyən səfir iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsinin önəmini diqqətə çatdırıb. Diplomat gələcəkdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Pərvin Mirzəzadə Avstriya xalqını milli bayram münasibətilə təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. O bildirib ki, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Həyata keçirilən qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər münasibətlərin genişlənməsinə təkan verib.

Tarix
2016.10.25 / 22:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla