Yuxarı

Zəngilana görə Obamaya - Müraciət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngilana görə Obamaya - Müraciət

ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətini Azərbaycanın Zəngilan rayonunun işğalı haqqında məlumatlandırma üzrə səkkiz ildir keçirdiyi növbəti kampaniyaya başlayıb.

Axar.az xəbər verir ki, Prezident Barak Obama, Dövlət katibi Con Kerri, ABŞ Konqresinin üzvləri, ştatların qanunvericiləri və administrasiyaları, habelə ABŞ KİV-lərinə ünvanlanan müraciətdə qeyd olunur ki, Zəngilan rayonuna hərbi təcavüz nəticəsində 83 yaşayış məskəni işğal edilib, 35 mindən çox azərbaycanlı doğma yurdundan didərgin düşüb.

Bununla bağlı 1993-cü il noyabrın 12-də BMT Təhlükəsizlik Şurası erməni təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən 884 nömrəli qətnamə qəbul edib. Müraciətdə, həmçinin deyilir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini (822, 853, 874, 844), BMT Baş Assambleyasının 62-243 nömrəli qətnaməsini və Avropa Şurası Parlament Assambleyasının erməni təcavüzünü pisləyən 1416 nömrəli qətnaməsini hələ də yerinə yetirmir. Bundan əlavə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində xaricdən gəlmiş etnik erməniləri məskunlaşdırmağa davam edir, bununla da beynəlxalq hüququ pozur.

Daha sonra müraciətdə Azərbaycan rayonlarının işğalı və ölkəmizdə məcburi köçkünlərə dair statistik məlumatlar qeyd olunub.

Tarix
2016.10.28 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla