Yuxarı

Dəmirdaş həbsdən öncə xüsusi sifariş alıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hakimiyyəti HDP rəhbərini və kürd deputatları həbs etməklə, terrorçuları və onlara siyasi zəmin yaradanları zərərsizləşdirməklə məsələni kökündən çözmək istəyir.

Bunu Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, HDP-yə qarşı polis əməliyyatından dərhal sonra Diyarbəkirdə terrorun baş verməsi kürd terrorçularının Dəmirdaşın siyasi qurumu ilə sıx bağlılığını ortaya qoyur:

"Buna artıq heç bir şübhə yoxdur. Əslində, türk rəsmi dairələri də Dəmirdaşın məhz terrorçuların siyasi sifarişləri yerinə yetirdiyini nəzərə alaraq əməliyyatlara start verib. HDP rəhbəri və silahdaşları hər vəchlə bundan imtina etsələr də, başqa məqamlar da onların PKK ilə əlaqəsini birbaşa ortaya qoyur. Belə ki, oktyabrın ortalarında həmin deputatlarla birlikdə Ərbilə səfər edən Dəmirdaş orada Bərzani ilə görüşüb. Bərzani Türkiyə hakimiyyətinin vasitəçiliyi əsasında PKK ilə dialoqa girmək istədiyini bildirib. Yəni Dəmirdaşa PKK tərəfindən məhz bu cür rabitələrin qurulması sifariş olunub. Son həftələr Türkiyə Silahlı Qüvvələrinin Cənub Şərqi Anadoluda PKK-ya qarşı əməliyyatları şiddətlənib. Dəmirdaş isə bu arada əməliyyatların dayandırılması ilə bağlı Qərbə səslənib və Türkiyə hakimiyyətinə təzyiqlər etməyə çağırıb. Bu isə birbaşa HDP liderinin terrorçu mahiyyətini ortaya qoyur. Türkiyə hakimiyyəti də məhz təxribatlara son qoymaq, ehtimal edilən terror cəhdlərinin qarşısını almaq üçün hərəkətə keçib".

Qeyd edək ki, HDP lideri Səlahəddin Dəmirdaş və 12 kürd deputat ötən gecə Diyarbəkir prokurorluğunda açılan istintaq işi çərçivəsində həbs ediliblər.

Bunun ardınca isə Diyarbəkirdə terror aktı baş verib. Son məlumata görə, teraktda 8 nəfər ölüb, yüzə yaxın yaralı var.

Tarix
2016.11.05 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla