Yuxarı

SOCAR şefi təkzib edildi: “Ermənilərə pulsuz qaz…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güzəşt yoxdur. Azərbaycan Gürcüstana qaz satır, Gürcüstan da onu hara satır, ya pay verirsə, bu, artıq həmin ölkənin öz işidir.

Axar.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Musavat.com saytına müsahibəsində deyib.

"Qəti şəkildə! Azərbaycan qarşılıqlı müqaviləyə uyğun olaraq, Gürcüstana qaz satır və bunun qarşılığında da Gürcüstan ölkəmizin büdcəsinə vəsait ödəyir. Azərbaycan öz qazını satır, indi Gürcüstan onu havaya buraxacaq, kiməsə verəcək, artıq onun şəxsi işidir, biz o məsələlərə qarışmırıq", - S.Novruzov deyib.

Xatırladaq ki, Rövnəq Abdullayev ötən ilin noyabrında ANS telekanalına müsahibəsində Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd, məscidlərə pulsuz qaz verildiyini demişdi:

"Cənab Prezidentin sərəncamı ilə bütün dini məbədlər qazla pulsuz təmin olunur. Eyni zamanda, dövlət başçısı Gürcüstanda yaşayan azərbaycanlıları da düşünərək, bu ölkədəki dini məbədlərin də qazla pulsuz təmin olunmasına göstəriş verdi. Cənab Prezident istəyir ki, Azərbaycanda olan tolerantlıq Gürcüstanda da olsun. Əgər dini tolerantlıq olsa, bizim soydaşlarımıza orada yaşamaq daha rahat olacaq. Ona görə də biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd, məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də qazla təmin edirik. Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur. Bizim problem erməni xalqının hökumətində olan bəzi insanlarladır. İndi baxırsız ki, orada nə gədər narazılıqlar var. Xalqın günahı yoxdur ki! Azərbaycanın tolerant xalq olduğunu cənab Prezident bir daha sübut etdi".

Tarix
2016.11.07 / 10:34
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla