Yuxarı

Uorlik: “Hamburq görüşünü gözləyirik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uorlik: “Hamburq görüşünü gözləyirik”

Həmsədrlər münaqişənin sülh yolu ilə həlli istiqamətində gələcək addımları üçün tərəflərlə işləməyə davam edir. Bu, çox vacibdir ki, tərəflər həmsədrlərlə və öz aralarında masa üzərində olan təklif və ideyalar, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı ümidlə danışır.

Bu sözləri APA-ya açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçəryanın danışıqlar prosesinin dayandığı barədə bəyanatına münasibət bildirən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. "Biz dialoqu davam etdirmək üçün Hamburq görüşünü səbirsizliklə gözləyirik və hərtərəfli həllə gətirib çıxaracaq istənilən yollarla tərəflərlə işləməyə hazırıq", - deyə o, söyləyib.

Xatırladaq ki, Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Toplantıda Azərbaycan, Ermənistan xarici işlər nazirləri və Minsk Qrupunun həmsədrləri də iştirak edəcək.

Tarix
2016.11.07 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla