Yuxarı

Centiloni: "İtaliya Qarabağın həlli üçün..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya gələn il ATƏT-ə sədrlik edəcək ölkə və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək.

Axar.az xəbər verir ki, bu sözləri noyabrın 7-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir Elmar Məmmədyarov İtaliyanın neft-kimya sahəsində çoxlu şirkətlərinin nümayəndələrinin ölkəmizə gəldiyini bildirib. O, ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Paolo Centiloni ölkələrimiz arasında çox yaxın münasibətlərin olduğunu vurğulayıb. O, səfər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafına dair səmərəli müzakirələr aparıldığını bildirib. İtaliyalı nazir TAP və TANAP kimi layihələrin ölkələrimiz arasında yalnız enerji istiqamətində deyil, digər sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.

Tarix
2016.11.07 / 21:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla