Yuxarı

Trampla işləyəcəyik - Seyidov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz öncə də demişdik və indi də təkrar edirik ki, Azərbaycan Amerika xalqının seçdiyi prezidentlə işləyəcək. İndiki halda Amerika xalqı Trampı seçib və biz onunla işləyəcəyik", - virtualaz.org üçün ABŞ-dakı prezident seçkilərinin nəticələrini şərh edərkən AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov belə deyib.

Səməd Seyidovun fikrincə, bizi ilk növbədə Amerika prezidentinin ölkəmizin maraqlarını nə dərəcədə nəzərə alacağı narahat etməlidir. Hər bir halda arzu olunandır ki, ABŞ-ın yeni rəhbərliyi öz ölkəsinin Azərbaycan qarşısında götürdüyü tərəfdaşlıq öhdəliklərinə sadiq qalsın və hər hansı lobbist qrupların və anti-Azərbaycan qüvvələrinin təsirindən qaçsın.

"Əlbəttə, Obama administrasiyası ölkəmizlə münasibətlərdə xeyli yanlışlıqlara yol verib, lakin düşünürəm ki, hazırkı administrasiya bu səhvləri düzəldəcək və münasibətlərin əvvəlki səviyyəsinə qayıdacaq. Bizim bir arzumuz var: Ag Evin yeni sahibi ölkəmizin regiondakı əhəmiyyətini və rolunu anlasın. Bu mənada nəzərə alınmalıdır ki, ABŞ-ın özünün regiondakı maraqlarının təmin edilməsi Azərbaycanla strateji və qarşılıqlı faydalı əməkdaşlıqdan asılıdır", - S.Seyidov əminliklə bildirib.

Tarix
2016.11.09 / 20:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla