Yuxarı

MTRŞ-da məxfi toplantı keçirilir – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milli Televiziya və Radio Şurasında qapalı toplantı keçirilir".

MTRŞ-da adının açıqlanmasını istəməyən mənbənin "Axar.az"a verdiyi məlumata görə, ATV-də yayımlanan "Ümid var" verilişinin bağlanmasından sonra digər telekanallardakı bu qəbildən olan proqramların da işinə xitam verilməsi gözlənilir.

Mənbənin sözlərinə görə, hazırda MTRŞ-da bununla bağlı müzakirələr gedir:

"Şuranın ixtiyarı yoxdur ki, kanalların daxili işinə qarışıb hansısa proqramın yayımına qadağa qoysun. Ancaq bir çox verilişlərin formatında dəyişiklik edilməsi gözləniləndir. Hazırda Şurada gedən müzakirə də bununla bağlıdır".

MTRŞ-da ən çox müzakirə edilən veriliş isə ANS kanalında yayımlanan "Adam içində" proqramıdır: "Proqramın fəaliyyətinə son qoyulması da müzakirə edilir. Yaxın vaxtlarda hansı verilişin fəaliyyətinə son qoyulacağı haqda məlumat veriləcək".

Mənbə həmçinin qeyd edir ki, şurada iclas səhər saatlarından başlayıb və indiyə qədər davam edir.

Qeyd edək ki, bir neçə gün əvvəl ATV kanalında Zaur Baxşəliyevin aparıcısı olduğu "Ümid var" verilişində qalmaqal yaranmışdı. Veriliş zamanı Ağcabədidə yaşayan şəxsin həyat yoldaşının intim videolarını təqdim etməsi böyük narazılığa səbəb olmuşdu. Bu gün isə ATV kanalının rəhbərliyi verilişin bağlanmasına qərar verib.

Tarix
2014.03.14 / 16:57
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla