Yuxarı

“Ümid var”ın bağlanması ilə bağlı rəsmi açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ümid var”ın bağlanması ilə bağlı rəsmi açıqlama

Ötən gün yayımı dayandırılan "Ümid var" verilişinin layihə rəhbəri Nəmənd Rüstəmov verilişin bağlanmağına münasibət bildirib.

O, bu barədə Feysbuk statusunda yazaraq verilişin bağlanmağını telekanal üçün ağır itki kimi qiymətləndirib:

"Dünən ATV-rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanının gündəlik yayımlanan verilişlər arasında şəriksiz lideri "Ümid var" layihəsi tamaşaçılarla sağollaşdı. Bu şirkət rəhbərinin reytinq uğrunda savaşda qızğın beyinlə verilən qərarlar nəticəsində milli kimliyimizə xələl verə biləcək addımların qarşısını əngəlləmk üçün idi. Şirkət üçün ciddi itki oldu. Ən böyük izləyici kütləsi olan layihənin reytinqi və o reytinqin gətirdiyi qazanca "yox" deməsi idi bu addım....TV-də çalışmaq komanda ruhuna tabe olmaq deməkdir. Komandanın başçısı "bəsdir" dedi, biz də sadiq əsgərlər kimi dayandıq. Amma maraqlı cəhət nə idi...Dünən rus şovinisti Vladimir Jirinovski "Qarabağ Rusiyaya birləşsin! " dedi...Əslində elə-də qeyri-ciddi məsələ deyildi. Amma qəribədir ki, bu sosial şəbəkələrdə, saytlarda əsas xəbər ola bilmədi. ..Hökumət parlamentdə hesabat verirdi...Nədənsə bu da baş xəbər kimi manşetlərdə çox qala bilmədi. Dünənin hadisəsi nədənsə "Ümid var" verilişinin bağlanması idi...Bilmirəm buna sevinim, ya kədərlənim...Və demək istəyirik: dostlar heç kədərlənməsin. Bizi özünə düşmən sayanlar da əbəs yerə sevinməsin. Biz tezliklə qayıdacağıq. Öz yerimizə. Reytinq sıralamasındakı lider mövqeyimizə. Daha faydalı olmaq, insanlarımızın yanında olmaq üçün... Görüşəcəyik" ("Azvision.az").

Tarix
2014.03.15 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla