Ana səhifə Gündəm |
Prezident İlham Əliyevin internetdə fəaliyyətini əks etdirən resursların hazırkı vəziyyəti haqqında infoqrafika hazırlanıb.
"Axar.az" APA-ya istinadən xəbər verir ki,
prezidentin rəsmi "Facebook" səhifəsində yerləşdirilən
infoqrafika-videoçarxda göstərilir ki, hazırda ölkə başçısının
"Facebook" səhifəsi izləyicilərinin sayı 300 min nəfər təşkil edir.
İzləyicilərin 70 faizini 18-38 yaş arası gənclər əhatə edir.
Gündəlik aktiv istifadəçilərin sayı 80 minə çatır. Səhifəyə
gündəlik baxış sayı 250 mini ötür, həftə ərzində 5 mindən artıq
istifadəçi qoşulur. Səhifədə yerləşdirilən hər yeni post 100 min
nəfərdən çox istifadəçiyə çatdırılır. Həftə ərzində 1 milyon baxış
olub.
Azərbaycan prezidentinin "Twitter" səhifəsi iki dildə - Azərbaycan
və ingilis dillərində fəaliyyət göstərir. Azərbaycan dilində olan
bölmənin 73 min, ingilis dilindəki bölmənin 63 min istifadəçisi
var. Bugünədək 3 min "tvit" paylaşılıb.
Ölkə başçısının "YouTube" videoxidmətində olan kanalında 500 video
yerləşdirilib. Videolara 1 milyon 750 min baxış qeydə alınıb. Daimi
izləyicilərin sayı 5 min nəfəri keçib. Əhatə coğrafiyasına 132 ölkə
daxildir.
Prezidentin "İnstagram" fotoxidmətində yaradılan səhifəsində
250-dən artıq şəkil yerləşdirilib. Səhifənin izləyicilərinin sayı
18 mini ötüb.
Bunlarla yanaşı, ölkə prezidentinin "Vimeo" və "Flikr"
xidmətlərində də səhifələri fəaliyyət göstərir.
Xatırladaq ki, 2013-cü ildə Azərbaycan prezidentinin məktəblilər
üçün internet səhifəsi yaradılıb.
Tarix
2014.03.18 / 19:59
|
Müəllif
Axar.az
|