Yuxarı

Prezident sərəncamını “Azərbaycan” niyə dərc etməyib? – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan" qəzeti də Prezidentin Elnur Aslanovla bağlı verdiyi sərəncamı dərc etməyib.

"Axar.az" xəbər verir ki, bu artıq sərəncamın çap olunmadığı ikinci dövlət qəzetidir.

"Azərbaycan" qəzetinin baş redaktorunun müavini Amil Novruzov sərəncamların dərc olunmamasında əsas təqsirkarın AzərTAc olduğunu deyib: "Bizə ümumiyyətlə belə xəbərlər AzərTAc-dan göndərilir. AzərTAc göndərməyibsə, biz necə çap edə bilərik?!"

Maraqlı məqam yayılan məlumatlarda Prezidentin yalnız iki sərəncamının yerləşdirilməməsi ilə əlaqədardır. Yerləşdirilməyən sərəncamlar isə Prezidentin Elnur Aslanov və Xəzər Dəniz Gəmiçiliyinin rəis müavini Mübariz Mədətovun işdən çıxarılmağı ilə bağlı olanlardır.

Xatırladaq ki, "Xalq qəzeti"nin məsul katibi İlqar Rüstəmov da açıqlamasında sərəncamın dərc olunmamasına görə AzərTAc-ın məsuliyyət daşıdığını bildirib.

Amma maraqlıdır ki, martın 17-də AzərTAc öz rəsmi səhifəsində digər sərəncamlarla yanaşı, Elnur Aslanovun vəzifədən azad olunması haqqında məlumatı da (saat 15:58-də) çap edib.

Qeyd edək ki, "Xalq qəzeti"nin təsisçisi Prezident Administrasiyasının İşlər İdarəsidir, "Azərbaycan" qəzeti isə rəsmi dövlət qəzetidir.

Tarix
2014.03.19 / 17:55
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla