Yuxarı

Rusiya müttəfiqləri ilə qarşı-qarşıya – KTMT qalmaqalı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin seçilməsi prosesi xeyli gərgin keçə, hətta Rusiyanın müttəfiqləri ilə münasibətləri gərginləşə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, əslində, bundan öncə Ermənistanda bu seçkinin keçirilməsi bir qədər qeyri-etik görünürdü:

“Vladimir Putin də buna müəyyən görkəm vermək məqsədilə, ola bilsin, Ermənistanda təxirə salınmış məsələni başa çatdırmağı qarşısına məqsəd qoyub. Yəqin ki, bu dəfə seçki baş tutacaq. Məncə, bu toplantı Rusiyanın müttəfiqləri ilə münasibətlərini gərginləşdirə də bilər. Əgər hər şey Moskvanın istəyi ilə baş versə, onda açıq-aşkar görünəcək ki, Rusiyanın ətrafında formalaşmış bir oyun gedir və bu oyuncaq qrupda yer alan digər ölkələr isə hər hansı bir səs hüququna malik deyillər, sadəcə, onlardan bir vasitə kimi istifadə edirlər”.

Politoloq hesab edir ki, KTMT-nin Rusiyada baş tutacaq budəfəki iclasında üzv dövlətlər başqa variantlar üzərində də dura bilərlər:

“Çünki mübahisə və qarşıdurmalar fonunda növbəti dəfə də baş katibin seçilməsi təxirə salına bilər. Hər halda Rusiyanın dediyi olsa da, bu ölkəyə müqavimət göstərməyə hazır olan dövlətlər var. Ən azından Belarus və Qazaxıstan bu məsələdə kifayət qədər mövqe göstərirlər. Ona görə də növbəti yığıncaq xeyli gərgin keçəcək, hətta gündəlikdə duran məsələlərin sonuna qədər həll edilə biləcəyi şübhəlidir”.

Qeyd edək ki, KTMT-nin son iclası oktyabrın 14-ü İrəvanda baş tutub. Görüşdə Rusiya, Qırğızıstan, Tacikistan, Ermənistan və Belarusun dövlət başçıları iştirak ediblər. Nazarbayev isə iclasa xəstəliyi ucbatından qatıla bilməyib. KTMT-nin yeni baş katibinin seçilməməsi və təyinatın ilin sonuna ertələnməsi bəzi mübahisələrə səbəb olub.

Məlumata görə, bir müddət öncə Rusiya və Qazaxıstan lideri telefonla KTMT-nin dekabr sammitini müzakirə ediblər.

Tarix
2016.11.29 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla