Yuxarı

Azərbaycanlı deputatın kitabı erməni dilində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Aydın Mirzəzadənin Sankt-Peterburqda “Qarabağ düyünü” adlı kitabı erməni dilində nəşr edilib.

Axar.az xəbər verir ki, 400 səhifəlik kitab 300 tirajla buraxılıb.

Kitab Dağlıq Qarabağ probleminin tarixinə, müasir vəziyyətinə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin işğalından doğan problemlərə həsr edilib.

Kitabda 7 tarixi xəritə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdikdən sonra yaranmış vəziyyəti əks etdirən 37 fotoşəkil yerləşdirilib, xarici tədqiqatçıların obyektiv fikirləri, Ermənistan siyasətçilərinin özlərini ifşa edən etirafları da verilib.

Həmçinin kitabda Dağlıq Qarabağa dair tarixi sənədlər, beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarları yerləşdirilib. Xocalı faciəsinə dair xüsusi fəsil verilib, faciənin törənmə səbəbləri, Ermənistan silahlılarının vəhşiliyini ifşa edən faktlar göstərilib.

Kitabda Azərbaycanın problemin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün səyləri analiz edilib.

Kitabın xarici ölkələrin milli kitabxanalarına, universitetlərinə və ermənişünaslıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub.

Kitab xaricdə Azərbaycan diaspor nümayəndələrinin maliyyə dəstəyi ilə nəşr edilib və bir hissəsi Azərbaycan kitabxanalarına, universitetlərinə paylanmaq və tədqiqatçılara təqdim edilmək üçün ölkəmizə gətirilib.

Qeyd edək ki, ilk dəfədir ki, azərbaycanlı tədqiqatçının Dağlıq Qarabağ probleminə həsr edilmiş əsəri erməni dilində iri kitab həcmində xaricdə çap edilir.

Tarix
2016.11.29 / 17:22
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla