Yuxarı

“Tayms”: “Gülənçilərə qarşı sərt tədbir görüləcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Tayms”: “Gülənçilərə qarşı sərt tədbir görüləcək”

"Faynənşnl Tayms" qəzeti Ərdoğanın seçkidən sonrakı nitqini analiz edib.

"Axar.az" xəbər verir ki, Türkiyədə dünən həyata keçirilən bələdiyyə seçkisindən İngiltərənin "Faynənşnl Tayms" qəzeti də yazıb. Qəzet çox maraqlı başlıq qoyub:

"Ərdoğan milli seçkilərdə qalibiyyətini elan etdi"

Qəzetin İstanbuldakı müxbiri Daniel Dombey Türkiyənin Baş naziri R.T.Ərdoğanın zəfər qutlamasının Gülən hərəkatı üzvlərinə qarşı qısa müddətdən sonra sərt tədbirlər görəcəyi ilə bağlı təəssürat yaratdığını deyib.

Dombey Ərdoğanın düşmənlərini korrupsiya istintaqı (17 dekabr. – red.) və bir neçə gizli bilgilərin sızdırılması ilə suçladığını xatırladır.

Müxbirin diqqət yönəltdiyi bir məsələ də Ərdoğanın prezidentliyə namizəd ola biləcəyinin siqnalını verməsidir.

"Faynənşnl Tayms"a görə, Ərdoğan gülənçilərə qarşı bu yaxınlarda tədbir görəcəyini bu sözlərlə ifadə edib:

"Qaçanlar qaçdı. Bəziləri də sabah qaça bilər... Demişdim axı, hinlərinə girəcəyik. Hesab verəcək, əvəzini ödəyəcəklər".

"Faynənşnl Tayms"a görə, Ərdoğan zəfər nitqində prezidentliyə namizəd ola biləcəyini bu sözlərlə ifadə edib:

"Bundan sonra da bu can bu bədəndə olduqca üzərimizə hansı əmanət yüklənsə, Allahın icazəsi ilə ona sədaqətlə sahib çıxmağa çalışacağıq".

Tarix
2014.03.31 / 19:15
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla