Yuxarı

İlham Əliyevlə Ərdoğanın mətbuat konfransı başa çatdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik, bütün uğurlara sevinirik və çox şadıq ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri öz dinamik inkişaf dövrünü yaşayır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.

İlham Əliyev bildirib ki, bütün sahələrdə Azərbaycan və Türkiyə qardaş kimi, dost kimi birgə fəaliyyət göstərir və bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir: "Biz siyasi sahədə müttəfiqik, bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə və Azərbaycan kimi yaxın olsunlar. Biz iqtisadi sahədə böyük layihələrə imza atırıq, qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri Türkiyəyə yatırılır, Türkiyə sərmayələri Azərbaycana qoyulur və bu proses uğurla davam etdirilir. Növbəti 7-8 il ərzində haradasa 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına qoyulacaq və bu da bizim xaricə qoyduğumuz ən böyük sərmayədir. Bizi birləşdirən enerji layihələri vardır. Biz bu layihələri bərabər icra edirik və Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir. Artıq bu layihələr regional çərçivədən çıxıb dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirmişdir".

Prezident qeyd edib ki, digər istiqamətlər üzrə birgə fəaliyyət göstərilir: "Bizi birləşdirən nəqliyyat, enerji dəhlizləri xalqlarımız üçün, qonşularımız üçün də böyük fayda verəcəkdir. Bu gün eyni zamanda hərbi sahədə əməkdaşıq haqqında fikir mübadiləsi apardıq, bu sahədə də çox yaxşı imkanlar var, perspektivlər var, nəticələr var".

Dövlət başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar: "Əminəm ki, belə də olacaq, buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri bu gün müzakirə edildi. Biz Türkiyə dövlətinə minnətdarıq ki, daim bizə diqqət göstərir, Azərbaycanın haqlı işində bizə həmişə dəstəkdir, dayaqdır. Bildiyiniz kimi, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımız işğal altındadır, bu işğal, ədalətsizlik davam edir və buna son qoyulmalıdır. Bir sözlə, bugünkü səfər bir daha bizim ikitərəfli münasibətlərimizin inkişafı üçün çox gözəl addım olmuşdur. Çox şadam ki, yenidən öz dostum və qardaşımla görüşürəm. Bir daha sizə, bütün türk xalqına xöşbəxtlik və yeni uğurlar arzu edirəm".

"Azərbaycan və Türkiyəni təkcə siyasət deyil, eyni zamanda Bakı və Ankaranın regionda birgə həyata keçirdiyi layihələr birləşdirir".

Bunu Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Baş nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi artmaqda davam edir: "Dövlətlərimiz arasında gələcəyə yönəlmiş işlər hər gün daha da çoxalmaqdadır. Azərbaycanın Türkiyədəki investisiyaları sözün həqiqi mənasında böyükdür".

Baş nazir bildirib ki, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyalardan ən böyüyü TANAP layihəsidir və ilin sonuna qədər layihənin əsası qoyula bilər: "Qlobal mahiyyət kəsb edən TANAP layihəsinin gerçəkləşməsi ilə Azərbaycan və Türkiyənin qardaşlıq əlaqələri daha da güclənəcək".

R.T.Ərdoğanın sözlərinə görə, Bakı və Ankara arasında siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə mövcud əməkdaşlıq dövlətlərimiz arasında qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. (Trend)

Tarix
2014.04.04 / 19:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla