Yuxarı

Üçrəngli bayrağı ilk dəfə qaldıran şəxsi necə tutdular - 1956

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üçrəngli bayrağı ilk dəfə qaldıran şəxsi necə tutdular - 1956

Bu gün "Milli bayraq günü" kimi dövlət səviyyəsində qeyd olunur.

Bu müqəddəs gündə üçrəngli bayraq sevdalısı olan, milli hərəkatçı, dissident Cahid Hilaloğlunun adını çəkməmək olmazdı.

Cahid Hilal oğlu Şirinov 1928-ci ildə (doğum günü və ayı müəyyənləşdirilməyib) Azərbaycan SSR-in Ağdam şəhərində anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. 1941-ci ilin avqustunda İranın Quzeyini işğal edən Sovet qoşun birləşmələrinə qoşulub valideyinlərindən xəbərsiz Arazı keçən 13 yaşlı Cahid iki il Güney Azərbaycanda qaldıqdan və müxtəlif məşəqqətlərlə rastlaşdıqdan sonra yenidən Bakıya qayıdır.

1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olur. C. Hilaloğlu 1952-ci ildə institutu bitirib M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında işə başlayır.

1956-cı il martın 6-7-də Tiflisdə 200 min nəfərə yaxın insanın iştirak etdiyi mitinqin təsiri nəinki Gürcüstana, hətta onun sərhədindən uzaqlara da yayılır. Gürcüstandakı hadisələrdən bir müddət sonra - 1956-ci il mayın 28-də Cahid və yoldaşları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə Cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı qərarlaşdırır.

Bu müqəddəs vəzifəni Cahid Hilaloğlu boynuna götürür. Bayrağı sancandan az sonra Cahidi milislər saxlayır. Amma qəribədir ki, ona cəza vermirlər. Araşdırma qrupu bunu o vaxtkı siyasi dustaqları başqa adla şərləyib tutmaq təcrübəsinə bağlayır.

Nə qədər qəribə olsa da, bir neçə aydan sonra Cahid Hilaloğlunu palto oğurluğunda suçlayıb tuturlar.

İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır. Azadlığa çıxdıqdan sonra Bakıya gəlsə də uzun müddət işsiz qalır. 1971-ci ildə Bakıya qayıdır və vaxtı ilə oxuduğu ali məktəbin Tədris Teatrında rejissor işləməyə başlayır. Ömrünün sonunadək orada çalışır.1991-ci il mayın 30-da nömrəsi bilinməyən bir "Volqa" avtomobili Cahidi vurur. Qəzada həlak olan C. Hilaloğlunu Ağdam şənərində dəfn olunur. (az.wikipedia.org).

Cahid Hilaloğlu Azərbaycanın azad olacağı günün yaxınlaşdığını duyurdu. Çox təəssüf ki, həmişə arzusuyla yaşadığı günü görə bilmədi.

Tarix
2013.11.09 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla