Yuxarı

Ermənistan hər an təxribat törədə bilər - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan nə indiki məqamda, nə də bundan sonra hansısa danışıqlar prosesinə hazırdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat İrəvanın açıq-aşkar öz işğalçı siyasətini davam etdirdiyini vurğulayıb:

“Ermənistanı idarə edən rejim öz cinayətkar siyasətini davam etdirir və ona görə də yaxın müddətdə Qarabağ məsələsində hansısa bir irəliləyiş görünmür. İşğalçının belə davranmasının səbəbi beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən Ermənistanın ünvanına təzyiqlərin olmamasıdır. Məhz bu mənada Ermənistanın siyasətində hansısa bir dəyişiklik gözləmirəm”.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan hər zaman Ermənistanın təcavüzünə hazır olmalıdır:

“Azərbaycan Silahlı Qüvvələri bölgənin ən müasir texniki silahları ilə təmin olunur və bu proses davam etməlidir. Çünki ölkəmizin müstəqilliyinə qarşı istənilən an təxribatlar ola bilər”.

Tarix
2017.01.15 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla