Yuxarı

Bu xəbər Azərbaycanı qorxutmaq üçün yayılıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu xəbər Azərbaycanı qorxutmaq üçün yayılıb

"Rusiya təkcə Ukrayna üçün deyil, Azərbaycan üçün də təhlükədir".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bu tipli xəbərlərin Azərbaycanı qorxutmaqdan ötrü yayıldığını bildirib:

"Rusiyanın Qarabağa qoşun yeritməsi xəbəri dezinformasiyaya oxşayır. Bu, Azərbaycanı qorxutmaq məqsədi daşıya bilər. Düşünürəm ki, belə xəbərlər məhz Ermənistan tərəfdən Azərbaycanı hədələmək, qorxutmaq məqsədi ilə ötürülən informasiyalardır. Onsuz da biz bilirdik ki, Rusiyanın Ermənistana verdiyi silahların bir hissəsi gedib Dağlıq Qarabağa çıxır. Dövlətimiz Rusiyaya onun üzərinə hücuma keçməsi ilə bağlı heç bir bəhanə verməyib və NATO-ya üzvlüyə çalışmır, Şərq Tərəfdaşlığı çərçivəsində assosiativ üzvlük haqqında müqaviləni Kremli qıcıqlandırmamaqdan ötrü imzalamır. Bütün bunların fonunda Rusiya niyə Ermənistandan hücuma keçməlidir?"

Politoloqa görə bu xəbərin yayılmasında digər bir məqsəd Azərbaycan üçün təhlükə yarandığına işarə etməkdir:

"Rusiya və Ermənistanda anlamalıdırlar ki, bura Ukrayna deyil. Bu mesajın verilməsində başqa bir məqam isə belə ola bilər ki, Rusiya təkcə Ukrayna üçün deyil, Azərbaycan üçün də təhlükədir. Rusiyanın təhlükəli olduğunu biz Ukraynadan öncə də bilirdik. Ukraynanın səfiri ilə görüşdə onun özü də deyir ki, biz sizin gününüzə düşdük. Əlbəttə, belə olmalıdır. Çünki biz Rusiyanın bütün iç üzünü illər öncədən bilirdik. Hələ təzəlikcə Ukrayna bizi anlamağa başlayır. Əgər bu məlumat Ukraynadan gəlibsə, o zaman belə bir şey də ola bilər ki, Ukrayna bizi öz yanında görmək istəyir. Amma istənilən halda bu məlumat yoxlanılmamış informasiyadır".

Tarix
2014.04.11 / 22:25
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla