Yuxarı

Söyün Sadıqov Qabil Hüseynlini və medianı təhqir elədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siz qeybət etməyi xoşlayan və müxtəlif dedi-qodular yaradan qadınlar kimisiniz".

Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, "Azerros"un sabiq sədri Söyun Sadıqov saytımızda yayımlanmış materiala yazdığı şərhdə işlədib. O, Dövlət Dumasında deputat olmaq üçün Jirinovskiyə heç bir pul vermədiyini bildirib:

"Mən müəllif və baş redaktorlara hər şeyi deyəcəm. Birincisi, Sadıqov nə Jirinovskiyə, nə də ki, başqa birinə Dövlət Dumasında deputat olmaq üçün pul verib. Ona Jirinovski bir rubl belə borclu deyil. O, təkcə bizim bayram tədbirlərimizdə yox, həmçinin dəyirmi masalarımızda da iştirak edib. Mənim onunla və onun komandasıyla münasibətlərim yaxşıdır. Biz indi də görüşürük. Yeganə problemimiz yalnız onun anti-Azərbaycan çıxışları zamanı olur ki, bu zaman da o məndən cavabını alır".

S.Sadıqov daha sonra jurnalistləri qadınlara bənzədib:

"Siz qeybət etməyi xoşlayan və müxtəlif dedi-qodular yaradan qadınlar kimisiniz. Nə deyə bilərəm? Heç bir şey! Çünki bu sizin naturanız və tərbiyənizdir. Mənə özümün və yaxınlarımın fikirləri maraqlıdır. Sizin fikirləriniz isə heç vecimə də deyil".

Sadıqov daha sonra politoloq Qabil Hüseynliyə qarşı kifayət ağır sözlər işlədərək, onu təhqir də edib. Təəssüf ki, təhqirlər sərhədi aşdığı üçün oxucularımıza təqdim edə bilməyəcəyik (Maraqlananlar, yazıya verilən Feysbuk şərhindən oxuya bilərlər).

Qeyd edək ki, bu gün saytımızda Söyün Sadıqovun Jirinovskiyə Dumada deputat olmaq üçün 400 min dollar verdiyi haqqında informasiya yayılmışdı. Mənbə sonradan Jrinovskinin bu sözünü yerinə yetirmədiyi üçün S.Sadıqovun hədəfinə tuş gəldiyini söyləmişdi.

Tarix
2014.04.17 / 00:48
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla