Yuxarı

"Azərbaycan Avropanın bazarında yaxşı yerləşib"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici vətəndaşlar üçün viza rejimini asanlaşdıraraq Avropa turizm bazarında yaxşı yerləşib.

Bu sözləri Trend-ə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Səfir bu addımın Azərbaycana turistlərin cəlb olunması üçün atılan uğurlu bir addım olduğunu deyib:

“Bu addım ona yönəlib ki, daha çox xarici turist Azərbaycana gələrək ölkənin mədəni, tarixi və təbii dəyərləri ilə tanış olsunlar”.

İ.Laslotski qeyd edib ki, Azərbaycan beynəlxalq idman tədbirlərinin, beynəlxalq forumların keçirilməsi hesabına daim diqqət mərkəzində qalır:

"Bunun sayəsində Azərbaycan Avropa ölkələrindən turizmi təşviq edə bilər. Statistik göstəricilər məhz bunun sübutudur”.

Onun sözlərinə görə, ölkədə yaxşı təchiz olunmuş çimərliklər, dəniz kurortları, müasir wellness-mərkəzlər, mehmanxana kompleksləri mövcuddur:

“Paytaxt və onun ətrafı hotellərlə yaxşı təmin olunub. Bakıda YUNESKO dünya irs siyahısına daxil edilmiş diqqətəlayiq yerlər – Qobustan, Atəşgah, Mərdəkan və palçıq vulkanları var. Bundan başqa, Şəki, Qəbələ və Quba kimi bölgələrdə də turizm infrastrukturu inkişaf edib”.

Səfir qeyd edib ki, Macarıstanın “WizzAir” aviaşirkəti Bakı ilə Budapeşt arasında daimi reyslər həyata keçirir və hər iki istiqamətdə uçan təyyarələr sərnişinlərlə dolu olur:

"Onların böyük hissəsi Azərbaycan vətəndaşları olsa da, son zamanlar macar turistlərinin də Azərbaycana səfərləri çoxalıb".

Səfir əlavə edib:

“Biz macarlar da azərbaycanlı dostlarımız kimi dadlı yeməyi xoşlayırıq. Mən özüm də gözəl mətbəxi sevirəm və çoxlu Azərbaycan restoranlarında olmuşam, bütün milli yeməklərin dadına baxmışam. Macarıstandan gələn qonaqlarımı mən çox vaxt milli restoranlara dəvət edirəm. Onlar hamısı yerli yeməklərin müxtəlifliyindən heyrətlə danışırlar”.

Tarix
2017.02.19 / 10:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla