Yuxarı

Fazil Mustafa: "Gecələr hər kəs istədiyini edə bilər"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafa: "Gecələr hər kəs istədiyini edə bilər"

Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına sərt reaksiya verib.

"Axar.az" xəbər verir ki, deputat nazirliyin bu açıqlamasını absurd adlandırıb. Millət vəkilinin Feysbuk səhifəsində bu haqda yazdığı statusu təqdim edirik:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Prezedentin ağacların kəsilməsi ilə bağlı çıxışına verilən reaksiyadakı absurda diqqət yetirin: "Ağacları gecələr kəsirlər..." Demək ki, gecələr hər kəs istədiyini edə bilər və qarşısını almaq mexanizmləri yoxdur. Bu məntiqlə gərək Müdafiə Nazirliyi açıqlama versin ki, ölkəyə düşmən gecə hücüm etdiyinə görə bir şey edə bilmədik. Daxili İşlər Nazirliyi açıqlasın ki, cinayət gecə baş verdiyinə görə aça bilmədik. Fövqəladə Hallar Nazirliyi bildirsin ki, yanğın gecə olduğuna görə söndürə bilmədik. Nazirlik bilməlidir ki, dövlət həyatında rast gəlinən qanunazidd əməllərin gecə və ya gündüz baş verməsi fərq etməz. Çünki insanlar 8 saat işləyirlər, dövlət isə 24 saat işləyir".

Tarix
2014.04.17 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla