Yuxarı

Bir bu təcrübəsini Ər-Riyaddakı tədbirdə təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir bu təcrübəsini Ər-Riyaddakı tədbirdə təqdim etdi

Qafqazda bankçılıq, ödənişlər və e-ticarət sahələri üzrə rəqəmsal platformaları özündə birləşdirən ilk tam inteqrasiya olunmuş Bir ekosistemi Azərbaycanda istifadəçilərin gündəlik vərdişlərini rəqəmsallaşdırmaq missiyasını Ər-Riyadda keçirilən “Money20/20 Middle East” tədbirində nümayiş etdirib.

Tədbirdə çıxış edən Bir ekosisteminin rəhbəri Fərid Hüseynov Bir-in Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidində oynadığı mühüm rolundan danışıb. O, 5 milyondan çox istifadəçiyə xidmət göstərən Bir ekosisteminin gündəlik maliyyə və istehlak təcrübələrini daha rəqəmsal və əlçatan etməyə yönəlmiş yanaşmasını iştirakçıların diqqətinə çatdırıb. Ağıllı maliyyə institutlarının inkişafı, fintex layihələrinin genişləndirilməsi və rəqəmsal ödənişlərin gələcəyi kimi aktual mövzuların müzakirə olunduğu “Executive”, “Bridge” və “Off-the-Record” səhnələrində çıxış edən Fərid Hüseynov “Google”, “Deutsche Bank” və “BlackRock” kimi qlobal texnologiya və maliyyə nəhənglərinin rəhbərləri ilə fikir mübadiləsi aparıb.

Nağd ödəniş ənənələrinin hələ də güclü olduğu bazardakı təcrübəyə əsaslanan Fərid Hüseynov rəqəmsal xidmətlərə etimadın formalaşdırılması və fərqli istifadəçi qruplarının ehtiyaclarının nəzərə alınmasının vacibliyini vurğulayıb. Məhz bu məqsədlə Bir ekosistemi Birbank mobil tətbiqi və m10 rəqəmsal pulqabı kimi xidmətləri, həmçinin müştərilərə hesablarını nağd şəkildə ödəməyə imkan verən Milliön terminalları da daxil olmaqla, geniş fiziki infrastrukturla birləşdirərək istifadəçilərin rəqəmsal mühitə tədricən və rahat keçidini təmin edir. Eyni inklüziv yanaşma yaşlı nəsil və xüsusi qayğıya ehtiyacı olan (məsələn, eşitmə məhdudiyyətli) şəxslərə də şamil edilir: onlara həm tətbiqdaxili əlçatanlıq funksiyaları, həm də filiallarda ənənəvi müştəri dəstəyi təklif olunur.

Fərid Hüseynov tədbirlə bağlı təəssüratlarını bölüşərək qeyd edib:

“Money20/20 texnologiya və maliyyə sektorunun innovasiyalarına həsr olunmuş ən nüfuzlu qlobal platformalardan biridir. Ər-Riyaddakı panel sessiyalarında Azərbaycanın bu sahədəki böyük potensialını və iqtisadiyyatımızın sürətli rəqəmsallaşma prosesini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq mənim üçün vacib hadisə idi. Rəqəmsal transformasiya alış-verişdən tutmuş ölkədaxili və beynəlxalq pul köçürmələrinə, ictimai nəqliyyatda ödənişlərə qədər geniş bir sahəni əhatə edir. Tədbirdə nümayiş etdirilən yüksək marağı görmək və dünyanın aparıcı texnologiya və maliyyə institutlarından olan həmkarlarla fikir mübadiləsi aparmaq olduqca xoş idi”.

Üç gün davam edən və 30 mindən çox iştirakçını bir araya gətirən konfransda quraşdırılmış maliyyə (embedded finance), dəyişən müştəri ehtiyacları, fintex həllərinin qlobal miqyasda tətbiqi və maliyyə xidmətlərində süni intellektdən istifadə kimi sənayenin ən aktual mövzuları müzakirə olunub. Rəqəmsal məkanda böyük inkişaf potensialına malik ölkədə rəqəmsal platformaları uğurla özündə birləşdirən ekosistem qurmağın üstünlüklərini və bu yoldakı çağırışları önə çəkən Bir tədbirdə fərqli yanaşma təqdim edib.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az

Tarix
2026.09.21 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla