Yuxarı

Ramil Usubov Ukrayna baş prokuroru ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün daxili işlər naziri Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Ukrayna baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, R. Usubov Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf etdiyini, cinayətkarlığa, xüsusən mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə qarşı hər iki dövlətin güc strukturlarının səmərəli əməkdaşlıq etdiyini bildirib.

R. Usubov bu işdəki roluna, eyni zamanda, Ukrayna ərazisində azərbaycanlılara qarşı törədilmiş bir sıra cinayətlərin istintaqını şəxsən nəzarətə götürdüyünə görə baş prokuror Y. Lutsenkoya təşəkkürünü bildirib. Daha sonra daxili işlər naziri bu gün ölkəmizin cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropada öncül yerlərdən birini tutduğunu nəzərə çatdırıb.

Ukrayna baş prokuroru Y. Lutsenko iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. Görüşdə Ukraynanın səfiri Aleksandr Mişenko iştirak edib.

Tarix
2017.02.19 / 17:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla