Yuxarı

Rusiya İsmayıl Ağayevi "arzulanmaz şəxs" elan etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya İsmayıl Ağayevi "arzulanmaz şəxs" elan etdi

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayevin Belarusa girişinə qadağa qoyulub.

Bu barədə İ.Ağayev özü məlumat verib.

O deyib ki, BDM aprelin 18-25-də Belarus, Çexiya və Polşada qondarma erməni soyqırımı və Azərbaycan həqiqətləri ilə bağlı silsilə tədbirlər keçirməyi planlaşdırıb. Bu məqsədlə də İ.Ağayev bu gün Minskə yola düşməli imiş. Lakin səhər saatlarında Minskə uçmaq istəyən BDM sədrinə Belarusa giriş qadağası qoyulduğu bildirilib. İ.Ağayev məsələni aydınlaşdırmaq üçün uçuşu həyata keçirməli olan Belarusun "Belavia" şirkətinə müraciət edib. Şirkətdən ona bildirilib ki, Rusiya Federasiyası tərəfindən "arzuolunmaz şəxs" elan edildiyinə görə onun Rusiya ilə yanaşı Gömrük İttifaqının üzvü olan Belarus ərazinə də girişi yasaq edilib. İ.Ağayev deyib ki, məsələ ilə bağlı həm Rusiya, həm də Belarusun Bakıdakı səfirliyi ilə əlaqə saxladıqda hər iki səfirlik bu barədə məlumsız olduqlarını bildiriblər: "Qadağanın hansı səbəbdən qoyulması ilə bağlı BDM tərəfindən müvafiq strukturlara müraciət olunub və məsələ araşdırılmaqdadır". Buna baxmayaraq İ.Ağayev deyib ki, bir neçə saatdan sonra Çexiya və Polşadakı tədbirlərdə iştirak etmək üçün Praqaya yola düşür. BDM-in Avropa nümayəndəliyi tərəfindən hazırlanan tədbirlərdə Azərbaycan diasporunun fəalları da iştirak edəcəklər ("Teleqraf.com").

Tarix
2014.04.18 / 00:57
Müəllif
Axar.az
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla