Yuxarı

Düşmənə bu dəfə də layiqli cavab verildi - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir.Ermənistan rəhbərliyi ölkə daxilində problemlərdən erməni xalqının diqqətini yayındırmaq üçün cəbhədə növbəti təxribata əl atıb.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev bildirib.

A. Əliyev deyib ki, keçən ilin aprelində Azərbaycan ordusunun əks-hücumla torpaqlarımızın bir hissəsini azad etməsi, Azərbaycanın inkişafı, həyata keçirilən böyük layihələr Ermənistanda narahatlıq doğurur: “Azərbaycanın uğurları və Ermənistanda sosial-iqtisadi durumun ağır olaraq qalması fonunda həm Ermənistanda xalqın hakimiyyətdən narazılığı artır, həm də siyasi elita arasında parçalanma, qarşıdurma meylləri artır. Təsadüfi deyil ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan deyib ki, hazırda mövcud olan sistem, iqtisadi siyasət Ermənistanın inkişaf imkanlarını sıfıra endirir, onları ciddi bədbəxtlik gözləyir”.

Millət vəkili bildirib ki, məhz bütün bunlara görə Ermənistan işğal etdiyi ərazilərdə qondarma “referendum” keçirir, cəbhədə təxribata əl atır: “ Ermənistan rəhbərliyi cəbhədə belə təxribatlarla həm də havadarlarından yeni silah-sursat, maddi yardım almağa da çalışır. Ancaq qüdrətli ordumuz, qəhrəman əsgərlərimiz düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və düşmənə bu dəfə də layiqli cavab verilib”.

Tarix
2017.02.25 / 22:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla