Yuxarı

Təqibdən sui-istifadə edən polislər cəzalanacaq – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Azərbaycan Respublikası Milli Məclisinin iclasında "Yol hərəkəti haqqında" qanun qəbul olunub.

Qeyd edək ki, bu qanun Azərbaycanda yol polisinə daha çox hallarda sürücüləri təqib etmək imkanı verir. Bundan sonra nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edə bilər.

Bununla bağlı Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Kamran Əliyev "Axar.az"ın suallarını cavablandırdı:

- Azərbaycanda hansı zərurət yarandı ki, bu qanun qəbul olundu?

- Hər hansı bir şəxs polisin qanuni tələbinə məhəl qoymursa, tabeçilik göstərmirsə və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarına təhlükə törədirsə, rəhbərliyə məlumat verilməklə və təhlükəsizlik tədbirləri görülməklə həmin nəqliyyat vasitəsi təqib edilə bilər. Yəni burada söhbət tək tabe olmayan real təhlükə yaradanlardan getmir. Əgər avtomobili idarə edən şəxs və ya orada olan sərnişin cinayət hadisəsi törətməkdə şübhəlidirsə, həmin avtomobil də təqib oluna bilər.

- Hansı hallarda polis sürücünü təqib edə bilər?

- Sürücünün vəzifə borcudur ki, yol patrul xidməti inspektorunun əmrinə tabe olsun. Əgər o, saxlamaq işarəsi veribsə, sürücü nəqliyyat vasitəsini saxlamalıdır. Bizdə əsas qayda pozuntuları Amerika və Avropa ölkələrində olduğu kimi cinayətkar tərəfindən olmur. Burada qəza törədənlər arasında azyaşlılar da var. Əmrə tabe olmayan avtomobili yol polisinin istənilən halda təqib etməsi mümkündür.

- Bu vaxta qədər bu proses yol polisi tərəfindən necə tənzimlənirdi?

- Bu günə qədər qanunvericilikdə təqibolunmayla bağlı müddəa var idi. Yol hərəkətinin 82-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü insan həyatına real təhlükə yaratdıqda, təhlükəsizlik şərtlərinə əməl etmədikdə təqib oluna bilər. Bu zaman nəqliyyat vasitəsinin dayandırılmasına imkan və ya şərait olmadıqda həmin nəqliyyat vasitəsini məcburi dayanma vasitələrindən istifadə etməklə saxlamaq olar.

- Qanun nə zaman icra olunmağa başlanılacaq?

- Milli Məclisdə qanun qəbul edildikdən sonra cənab Prezident tərəfindən təsdiq olunmalıdır. Sonra isə qanunun tətbiqi ilə bağlı fərman verilməlidir. Yəqin ki, bundan sonra biz mətbuata daha ətraflı açıqlama verəcəyik. Bütün bunlara baxmayaraq, qanun vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Polis tərəfindən qanundan sui-istifadə halları olarsa, həmin əməkdaş məsuliyyətdən kənar qalmayacaq. Belə bir hal olduğu halda isə həmin əməkdaş mütləq şəkildə cəzalandırılacaq. Heç bir halda məsuliyyətdən kənar qalmayacaq.

Tarix
2014.04.19 / 10:13
Müəllif
Şəmsəddin Ensar
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla