Yuxarı

Vahid Əliyev: "Torpaqlarımızı işğaldan azad edəcəyik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan regionda ən qüdrətli orduya sahib dövlətdir. Düşmənlərimiz də bundan çox narahatdırlar. Biz hər zaman Ali Baş Komandaının əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. İnşaallah biz o günü görəcəyik.

Məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Bakıda "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" münasibətilə hərbi liseydə keçirilən təntənəli mərasimdə bildirib.

O, həmçinin qeyd edib ki, bu işdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi zabitlərin də rolu olacaq.
V.Əliyev bildirib ki, 1971-ci ildə ulu öndər Heydər Əliyev bu məktəbi yaradanda ondan başqa heç kim məktəbin yaradılmasının son məqsədini bilmirdi: "Heç kim bilmirdi ki, vaxt gələcək Azərbaycan müstəqil dövlət olacaq. Amma ulu öndər Heydər Əliyev bilirdi".

Vaxtilə özü də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olmuş V.Əliyev bu məktəbin yetişdirmələrinin üzərində əməyi olan hər kəsə münnətdarlığını bildirib: "Bu məktəbə, üzərimizdə əməyi olan müəllim və komandirlərə təşəkkür edirik ki, bizi layiqli əsgər kimi böyüdüblər".

Qeyd edək ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 18-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə nazirinin digər əmrinə əsasən Hərbi Liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib. / Trend /

Tarix
2014.04.19 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla