Yuxarı

Bakıda yeni magistral yol salınır: Bu obyektlər söküləcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.

Axar.az bu barədə agentliyə istinadən xəbər verir.

Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.

Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və “Nərimanov” metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə “Gənclik” və “Nərimanov” metrostansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaqdır.

Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində “Gənclik” və “Nərimanov” metrostansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metrostansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşrutunun yaradılması hesabına Hedər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.

Həmçinin qeyd edilən birləşməsinin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.

– Yolun ümumi uzunluğu: 3896 metr

– Yolun dərəcəsi: şəhər əhəmiyyətli magistral küçə

– Hərəkət zolağının sayı: 6 zolaqlı

– Hərəkət zolaqlarının eni: 3.5 m

– Tunellərin sayı: 4 ədəd

– Yeraltı piyada keçidlərinin sayı: 3 ədəd

Hazırda “Ulduz” metrosundan Ələsgər Qayıbov küçəsi istiqamətində mobilizasiya (ağır texnikanın və avadanlıqların əraziyə daşınması) işləri yerinə yetirilir.

Qeyd edək ki, Layihə İdarəetmə Qrupu tərəfindən tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır və tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir.

Tarix
2024.05.02 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan yeni savaşa girdi: əxlaqsız görüntülər yayılacaq?

Xameneinin Trampa ağır cavabı: Sən kimsən ki…

Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü

Sahibə Qafarova TBMM sədrini təbrik etd

Ukraynanın filmi: Behbudov, Ağdam və işğal... - Video

Qarabağa qarşı olan erməni bu söyüşə görə aparılıb – Video

Bakı Bəyanatı qəbul edildi

Azərbaycan əsgərlərinə tapança tuşlayan erməni saxlanıldı

Revanşist suala Paşinyanın maraqlı cavabı

Kiyev ABŞ-a sübut etdi: Rusiya məğlubedilməz deyil!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla