Yuxarı

Rəşad Dağlı bu deyişmədən imtina etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Dağlı bu deyişmədən imtina etdi

Rəşad Dağlı adı uzun illərdir təkcə meyxana məclislərində deyil, insanların yaddaşında da iz buraxıb. Onun səhnədəki duruşu, sözə verdiyi dəyər və sənət yoldaşlarına münasibəti hər zaman xüsusi ehtiramla qarşılanıb. Lakin son zamanlar adı qalmaqallı hadisədə hallanan meyxanaçı ilə bağlı fikirlər birmənalı olmayıb. Elə bu məsələyə münasibət bildirən meyxana ustası Ağamirzə də Rəşadın belə bir hadisəyə qarışmasının ağlasığmaz olduğunu deyib.

Kult.az xəbər verir ki, tanınmış meyxanaçı Ağamirzə Məmmədov Yenisabah.az-a açıqlamasında həmkarı Rəşad Dağlı ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, Rəşadın ailəsi ilə birbaşa əlaqəsi olmasa da, atası və qardaşı ilə tez-tez ünsiyyətdə olur:

“Nə yalan deyim, mən Rəşadın ailəsi ilə o qədər də maraqlanmıram. Amma atası və qardaşı ilə danışıram. Bildiyimə görə, Baləli, Orxan, Ruslan onun ailəsinə daha yaxından dəstək olurlar. Mən də qardaşı və atası ilə yaxınam. Hətta bu yaxınlarda atası ilə oturub uzun-uzadı söhbət etdik”.

Ağamirzə həmçinin Rəşad Dağlının meyxana aləmində və məclislərdə hər zaman hörmətlə yad edildiyini bildirib:

“Məclislərdə də adı tez-tez çəkilir. Çünki Rəşad həmişə hörmətli, izzətli insan olub. Bu hörməti mənə də hər zaman hiss etdirib. Meyxana deyəndə də bunu açıq şəkildə göstərirdi. Bir dəfə mənə təklif etdilər ki, Rəşadla deyişmə edim. Amma o, bu təklifdən imtina etdi və dedi ki, bu, mənlik deyil, edə bilmərəm. Bu cür davranışlarını çox yerdə görmüşəm”.

Meyxana ustası sonda baş verən hadisənin onun üçün gözlənilməz olduğunu da qeyd edib:

“Heç ağıla gələn deyildi ki, belə bir hadisəyə qarışsın. Allah hər iki tərəfə səbir versin. Ağır durumdur. Amma Rəşadı tanıyan biri kimi deyə bilərəm ki, o, hər zaman təmkinli, ölçülü-biçili insan olub”.

Tarix
2025.05.29 / 23:11
Müəllif
Kut.az
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla