14:25
Polis tərəfindən saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov azadlığa buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə APA-ya vəkil Yusif Seyfəlov məlumat verib.
Vəkil bildirib ki, Vüqar Kərimovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə vəsatət verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə vəsatət təmin edilib və tiktoker ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, tiktoker Vüqar Kərimov polis tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
***
Ötən ilin dekabrında həbs edilən tiktoker Elvin Abdullazadə azadlığa buraxılıb.
Teleqraf xəbər verir ki, onun vəkili Pəhlivan Aslanov tiktokerin barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayəti verib. Müdafiəçi tiktokerin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunub.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Elvin Abdullazadə ötən ilin dekabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı.
Həmin dövrdə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi, bir dəfə də uzadılmışdı.
Xatırladaq ki, ötən həftə bir neçə tiktoker də azadlığa buraxılmışdı.